İKT

"Microsoft" Azərbaycanın - DÖVLƏT QURUMLARINDAN GİLEYLƏNDİ

"Microsoft" Azərbaycanın - DÖVLƏT QURUMLARINDAN GİLEYLƏNDİ | FED.az
15:13 2 Mart 2020

Dövlət qurumlarında lisenziyalı proqram təminatının quraşdırılması aşağı səviyyədə həyata keçirilir.

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Microsoft-Azerbaijan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Eləcə də bax: "Microsoft Azerbaijan"dan "Windows 10" - AÇIQLAMASI

Onun sözlərinə görə, dövlət buna investisiyalar ayırıb, “Microsoft” isə lisenziyaları təqdim edib: "Buna baxmayaraq, dövlət qurumları bunları quraşdırmayıb. Bu gün onların quraşdırılması çox aşağı səviyyədədir. Biz çox arzu edərdik ki, qurumlar bu istiqamətdə maarifləndirmə aparsınlar. Biz də öz növbəmizdə bu işə qoşulmağa hazırıq. İstəyərdik, alınan lisenziyalar quraşdırılsın. Ondan sonra isə lisenziyaların hansı imkanlarının yaradılması haqqında danışa bilərik".

APA

Digər xəbərlər

Banner