Meta-nın süni intellekti Meta AI artıq bizim adımızdan şərh yaza biləcək.
“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq
FED.az xəbər verir ki, sosial media nəhəngi son illərdə tətbiqlərinə bir çox süni intellekt xüsusiyyətləri və imkanları əlavə edib. Texnologiya şirkəti öz Instagram platformasında istifadəçilərin işini daha fərdi və interaktiv etmək məqsədi daşıyan yeni süni intellektlə işləyən şərh funksiyasını təqdim edir.
Hazırda sınaq mərhələsində olan bu funksiya istifadəçilərə yazıya şərh yazarkən süni intellekt tərəfindən təklif olunan ifadələri seçməyə imkan verir. İstifadəçi postun altındakı şərh panelindəki karandaş işarəsinə klikləməklə süni intellektə əsaslanan tövsiyə sisteminə daxil ola bilər. İstifadəçilər yazının altındakı mətn qutusunun yanındakı karandaş işarəsinə toxunaraq Meta AI-yə daxil ola biləcəklər. Meta AI postdakı şəkli təhlil edə və üç şərh təklifi verə bilər.
Meta funksiyanın nə vaxt və hansı istifadəçilər üçün əlçatan olacağı ilə bağlı heç bir məlumat verməyib. (Marja)