Elektron poçtla göndərilən mənasız mesajlar atmosferə zərər vurur və son nəticədə istifadəçilərin sağlamlığına da mənfi təsmir edir.
FED.az xəbər verrir ki, «OVO Energy» enerji şirkətinin araşdırması göstərib ki, mənasız mesajların vurduğu zərər aviasiya və avtomobillərin havaya vurduğu zərərlə müqayisə olunacaq həddədir.
Eləcə də bax: “Whatsapp”a avtomatik silinən mesajlar - ƏLAVƏ OLUNACAQ
Analmmtiklər bildirir ki, məsələn Britaniya sakinləri hər gün 64 milyon mənasız, yəni heç bir əhəmiyyəti olmayan mesaj göndərirlər – bura «Sağ ol», «Təşəkkürlər», «Xoş oldu», «Bunu almışdın/görmüşdün?», «Səninlə bahəm», və ya «Əla» və «LOL» kimi mesajlar aiddir.
Mütəxəssislər hesablayıblar ki, hər bir britaniyalı gündə bir «Sağ ol» sözü göndərməyi dayandırsa, il ərzində atmosferə 16 min ton karbon qazının buraxılmasının qarşısını ala bilər. Bu Londondan Mardirə qədər 81 min dəfə uçmağa və ya Gto 3334 dizel avtomobilinin il ərzində işləməsinə bərabərdir.
Araşdırma zamanı istifadəçilərin yarısı etiraf edib ki, bu mesajları onlarla bir otaqda oturan dostlarına və ya iş yolaşlarına göndəriblər. 71% isə bildirib ki, əgər bu vəziyyət ətraf mühitə zərər vurursa, belə məsaj almaq istəmirlər.
Şirkətin araşdırması nəticəsində insanların gün ərzində ən çox göndərib aldığı mənasız mesajlar da məlum olub. Bunlar «Sağ ol», «Təşəkkürlər», «Yaxşı həftə sonu arzulayıram», «Almışam», «Qiymətləndirirəm», «Yaxşı axşamlar», «bunu almısınız/görmüsünüz?», «Salamlar», «Sizinlə bahəm», «LOL»-dur.