Avstraliyanın Adelaida şəhərindən olan məktəbli Apple şirkətindən iş təklifi alacağına ümid edərək şirkətin serverlərini hack edib. FED.az xəbər verir ki, 2014-cü ildə də bu cür hadisə baş vermişdi. Həmin vaxtda 17 yaşlı məktəbliyə Apple şirkəti tərəfindən iş təklif edilmişdi. Lakin bu dəfə eyni hadisə baş vermədi. Bu barədə Engadget saytına istinadən Gagadget saytı xəbər verib. Adelaida şəhərindən olan şəxsin Apple mainframe-lərini hack etməyə başlayanda 13 yaşı var idi.
Bir neçə ildən sonra o bu hadisəni yenidən təkrarlayıb. Lakin həmin vaxta kimi Apple şirkəti artıq FBI-ya bu məsələni bildirib və həmin məktəbli polis tərəfindən tutulub. Baş vermiş məhkəmə prosesi nəticəsində məktəbli iki kiberhücum ilə və Apple şirkətinin daxili sənədlərinin yüklənmsəi ilə günahlandırılıb. İttiham olunan öz səhvlərini boynuna alıb və sadəcə olaraq Apple şirkətindən iş təklifi əldə etmək istədiyi üçün bunu etdiyini bildirib. Məhkəmənin qərarına əsasən məktəblinin ailəsi 500 avstraliya dolları (346$) cərimə ödəməlidir.
Eləcə də bax: “Huawei” ABŞ-ı məhkəməyə verib©Technote