“Twitter”in yeni sahibi İlon Mask şirkətdə ciddi ixtisarları davam etdirir.
FED.az xəbər verir ki, fərqli yanaşması ilə seçilən sahibkar bu dəfə şirkətin bütün kommunikasiya şöbəsini işdən qovub, yalnız bir əməkdaş saxlayıb.
Bu barədə məlumat verən «Axios» internet portalı bildirir ki, İlon Mask gələnə kimi «Twitter»in kommunikasiyalar departamentində dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı əməkdaşlar çalışıb.
Məlumata görə, sahibkar «Tesla» və «SpaceX»də də kommunikasiyaları əsas məsələlər sırasından çıxarmaq niyyətindədir.
Xatırladaq ki, «Twitter»də dəyişikliklər oktyabrın 27-də, şəbəkənin İlon Mask tərəfindən alınmasından sonra başlayıb. «Twitter» 44 milyard dollara alan sahibkar burada şəbəkənin fəaliyyətində, o cümlədən biznes proseslərində ciddi dəyişikliklərə başlayıb.