Bir neçə həftə əvvəl Meta tədbir keçirdi və burada onlar öz yeni Səlahiyyətli Satış Tərəfdaşı Evido-nu Azərbaycanın biznes ictimaiyyətinə təqdim etdilər.
Bu, ən son reklam imkanları, o cümlədən Facebook və Instagram reklamlarının ən son yeniləmələri haqqında öyrənmək baxımından hər kəs üçün maraqlı bir şans idi. Həmçinin, iştirakçılara oflayn görüşlər zamanı fərdi məsləhətlər vermək üçün Meta və Evido-nun mütəxəssisləri də orada idi. Əgər tədbirdə iştirak edə bilmədinizsə, baş verənlərə nəzər salmaq və Evido xidmətlərindən necə yararlana biləcəyiniz haqqında ətraflı məlumat əldə etmək üçün bu tədbirdən sonrakı xülasəni yoxlayın.
Meta Mərkəzi və Şərqi Avropa üzrə biznes partnyorları və ekosistem qrupu direktoru Katarina Palivoda və Evido-nun biznesin inkişafı üzrə baş mütəxəssisi Emin Əliyev Azərbaycanda Meta və Evido tərəfdaşlığından danışır
Keçən ay Meta öz Səlahiyyətli Satış Tərəfdaşı (SST) Evido-nu Azərbaycanın biznes ictimaiyyətinə təqdim etmək üçün tədbir keçirdi. Bu, 2023-cü ildə Meta texnologiyaları ilə biznes nəticələrini artıra biləcək alətlər, tendensiyalar və yeni inkişaf üfüqlərini kəşf etmək baxımından yerli ekspertlər üçün unikal fürsət idi. Həm Meta, həm də Evido nümayəndələri iştirakçılarla şəxsən görüşdülər. Tədbir Bakı Konqres Mərkəzində baş tutdu.
Bakı Konqres Mərkəzi - Meta SST-ni Azərbaycan biznes ictimaiyyətinə təqdim etmək üçün mükəmməl yer idi
Meta, adətən, SST proqramına gələcək inkişaf perspektivləri olan və sürətlə inkişaf edən bazarlarda start verir. Proqram yerli reklamçılara kampaniyalarını təkmilləşdirməyə və biznes sahələrini inkişaf etdirməyə kömək etmək, eyni zamanda Meta Səlahiyyətli Satış Tərəfdaşlarının yüksək inkişaf edən bölgələrdə müştərilərə xidmət göstərmək üçün lazımi bilik və təcrübəyə malik olmasını təmin etmək məqsədi daşıyır. Səlahiyyətli satış tərəfdaşlarının yerli bazarı başa düşməsi və onun inkişafına sərmayə qoyması gözlənilir. Onlar pulsuz yerli dəstək və məsləhət xidmətləri göstərən təlim keçmiş sertifikatlı ekspertlərdir.
Meta SST proqramını Azərbaycana gətirir və onlar onu yerli biznes ictimaiyyətinə təqdim etmək üçün canlı sammit keçirdilər. 200-dən çox marketoloq, baş marketinq rəsmiləri və biznes sahibləri samitdə iştirak etdilər. Gündəm hər kəsin daha çox öyrənmək istədiyi isti mövzularla dolu idi, məsələn:
-
Meta SST ilə Azərbaycanda biznes sahələri üçün yerində yaradılan iqtisadi imkanlar
-
Xüsusi halları təhlil etmək üçün Evido ekspertləri və Meta nümayəndələri ilə şəxsi sessiyalar
-
Meta reklam həllərinin son yeniləmələri
İştirakçılar tədbiri yüksək qiymətləndirdilər və digər peşəkarlarla əlaqə qurmaq və sənayedəki ən son tendensiyaları və yenilikləri müzakirə etmək şansı əldə etdikləri üçün əvəzolunmaz təcrübə qazandılar.
Həmin gün sammit iştirakçıları çoxlu postlar paylaşıblar |
Tədbirdə iştirak edə bilmədinizsə, konsultasiya üçün qeydiyyatdan keçin https://evido.az/ — biz sizə Evido-nun nə olduğu və biz, Meta SST olaraq, rəqəmsal reklamla işi təkmilləşdirmək və sadələşdirmək üçün biznesinizə necə kömək edə biləcəyimizi ətraflı izah edəcəyik. Evido-dan ən yeni Meta həllər haqqında daha çox məlumat üçün bizi izləyin!
Facebook: https://www.facebook.com/profile.php?id=100089759238314
Instagram: https://www.instagram.com/evido_az/
Email: [email protected]
Facebook® Meta Inc.-in qeydə alınmış ticarət nişanıdır.