Başlayanda Azərbaycanın “Netflix”i belə tanıyacağını gözləmirdik.
FED.az xəbər verir ki, bunu “INMerge” İnnovasiya Sammitində baş tutan mətbuat konfransında “Netflix”in həmtəsisçisi və ilk rəhbəri Mark Randolf deyib.
O bildirib ki, uğurlu startapların yaranması üçün əsas şərt əvvəlcədən böyük nəticələr barədə düşünmək yox, sadəcə maraqdan başlamaqdır.
Onun sözlərinə görə, "Netflix"i qurarkən nə şirkətin 300 milyon abunəçiyə çatacağını, nə də Azərbaycanın belə bu brendi tanıyacağını təsəvvür etmək mümkün deyildi. “Məqsədim dünyanı dəyişən böyük şirkət qurmaq deyildi. Sadəcə videonu təqdim etməyin fərqli yolunu sınamaq istəyirdim. Azərbaycanlı gənclər də çox düşünmədən maraqlandıqları ideyanı götürüb başlasınlar. Çünki böyük uğur çox vaxt əvvəlcədən planlaşdırılmır və ən gözlənilməz yerlərdən ortaya çıxır”, – deyə o vurğulayıb.
Randolph əlavə edib ki, Estoniya buna bariz nümunədir: kiçik ölkə olsa da, adambaşına düşən unicorn startapların sayına görə dünyada ön sıralardadır. “Xüsusi sirr yoxdur – sadəcə başlamaq, cəhd etmək və marağını izləmək kifayətdir”, – deyə o qeyd edib.
"Netflix"dən sonra qurduğu Looker şirkətinə də toxunan Randolph bildirib ki, həmin layihə də maraq üzərində qurulub və nəticədə milyonlarla dəyərə çatıb.