Banner

İKT

Yandex axtarış sistemi və Mail.ru - POÇT XİDMƏTİ ÇÖKDÜ

Yandex axtarış sistemi və Mail.ru - POÇT XİDMƏTİ ÇÖKDÜ | FED.az
14:34 27 Yan 2020

Rusiyanın Mail.ru poçt xidməti çökdü.

Eləcə də bax: Rusiyada bu sosial şəbəkələrə - GİRİŞ PULSUZ OLACAQ – SİYAHI

FED.az xəbər verir ki, bu haqda Downdetector portalı məlumat yayıb.

Məlumata görə, istifadəçilər səhər saat 10:00 radələrindən elektron poçt xidmətindən istifadə edə bilmirlər. İstifadəçilərin bir qismi öz hesabına, digər qismi isə ümumilikdə sayta daxil olmaqda problem yaşadıqlarını qeyd ediblər. 
Saat 12:35 dək Downdetector portalı Mail.ru poç xidmətinin çökməsi ilə bağlı 16000 şikayəti qeydə alıb . 

Problemi Mail.ru xidmətinin texniki dəstəkçiləri də təsdiqləyib. Onlar mövcud problemin üzərində işlədiklərini və yaxın zamanda xidmətin fəaliyyətini bərpa edəcəklərini bildiriblər.

                                                    ***

Mail.ru elektron poçt xidmətinin ardınca Yandex axtarış sistemi də çökdü.

İstifadəçilərin 35%-i sayta daxil ola, 3%-i isə “Yandex.Denqi” xidmətindən istifadə edə bilmədiklərini qeyd ediblər.

İstifadəçilərin şikayətləri saat 11:40 radələrindən etibarən daxil olub.

TED

Yandex axtarış sistemi və Mail.ru - POÇT XİDMƏTİ ÇÖKDÜ | FED.azYandex axtarış sistemi və Mail.ru - POÇT XİDMƏTİ ÇÖKDÜ | FED.az

Digər xəbərlər

Banner