ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Apple” şirkətinin 2015-2017-ci illərdə istehsal etdiyi “MacBook Pro” noutbuklarının təyyarələrdə daşınmasına qadağa qoyub.
FED.az xəbər verir ki, buna səbəb adıçəkilən seriyanın 15 düyüm diaqonallı ekranı olan bəzi modellərində batareyalarının çox qızdığı və yanğın törədə biləcəyi üçün şirkət tərəfindən satışdan geri qaytarılması barədə verilən qərardır.