Süni intellekt işçiləri 10% ixtisar edib, qənaət etmək kimi baxmaq lazım deyil. Bundan istifadə edərək işin keyfiyyətini artırmaq lazımdır.
KOBİA sədri: "Süni intellekt işçiləri əvəz etməməlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da "LinkedIn"in Avropa, Yaxın Şərq və Afrika (EMEA) ilə Latın Amerikası (LATAM) üzrə dövlət sektoru, səhiyyə və qeyri-kommersiya satışları rəhbəri Seamus Clancy deyib.
O bildirib ki, gələcəyin CEO-su insan yönümlü olmalıdır:
"İnsan faktorunun burada daha önəmli olmalıdır. Süni intellekt işləri asanlaşdırır, buna görə də, ona rəqib kimi baxmaq olmaz. Şirkətin aylıq süni intellekt xərci 400 dollara qədər ola bilər, bundan istifadə edərək şirkəti rəqabətə davamlı hala gətirmək olar. Əsl lider süni intellektin dəyişilməyə ehtiyac olan bir keçidin olduğunu bilməlidir.
Süni intellekt işləri daha səmərəli edəcək və insanı gücləndirəcək. Çünki süni intellektdən insan istifadə edir. Əsl liderlər bunu bilir və düşünür ki, bundan istifadə edərək işin keyfiyyətini artırmaq olar".
"LinkedIn" datalarına görə, qlobal sahədə iş tapmaq qabiliyyətinə görə 10 yerdən 7-si yumşaq qabiliyyəti (soft skill - insanın şəxsi davranış, ünsiyyət və emosional bacarıqlar - FED.az) olan şəxslərdir", - deyə o, əlavə edib.











