Avropa Birliyində (AB) şəxsi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) LinkedIn İrlandiya ilə bağlı araşdırmanın tamamlandığını açıqlayıb.
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
FED.az xəbər verir ki, açıqlamada, LinkedIn-in davranış analizi və hədəflənmiş reklam üçün şəxsi məlumatların işlənməsinin istintaq çərçivəsində araşdırıldığı və bu əməliyyatların Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində qanuniliyi, ədalətliliyi və şəffaflığı ilə bağlı problemlərin müəyyən edildiyi bildirilib.
Açıqlamada, müvafiq hüquqi əsas olmadan fərdi məlumatların emalının məlumat sahibinin hüquqlarının açıq və ciddi şəkildə pozulması olduğu və bu səbəbdən LinkedIn-in 310 milyon avro cərimələndiyi və platformanın fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması üçün müvafiq əmr göndərildiyi bildirilib.
Bir çox böyük rəqəmsal platformalar İrlandiyada yerləşərək Avropada fəaliyyətlərini davam etdirirlər. Buna görə də İrlandiya məlumat orqanı bu sahədə Aİ məlumat tənzimləyicisi rolunu öz üzərinə götürb.
LinkedIn iş dünyasındakı insanların ünsiyyət qurması və məlumat paylaşması üçün peşəkar sosial şəbəkə platforması kimi tanınır. (Marja)