Bu ilin aprel ayının əvvəlində “LG” markası mobil telefon istehsalını dayandırır.
Eləcə də bax:"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət əsas səbəb kimi alıcı tapa bilmədiyini, tərəfdaşlıq etdiyi “Volkswagen AG” və “Vingroup”un isə onun şərtləri ilə razılaşmadıqlarını göstərir.
İşçilərin bir qismi işdən çıxarılacaq, digər qismi isə “LG”nin o biri layihələrinə yönəldiləcək.
Mütəxəssislərin sözlərinə görə, “LG” üçün bu addım müsbət haldır, çünki 2020-ci ildə şirkət rekord 19.87 milyard dollar gəlir əldə etsə də, onun əməliyyat mənfəəti cəmi 2.10 milyard dollar təşkil edib. Hal-hazırda “LG” smartfon istehsalçılarının ilk onluğuna belə daxil deyil.