“LG” şirkəti yeni OLED televizorunu təqdim edib – 97 düymlük ekrana malik olan “M3” modeli dünyanın ilk naqilsiz televizoru adlandırılıb.
Dünyada akkumulyatorla işləyən - İlk Televizor Buraxıldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, “LG M3”ün 2023-cü ilin sonunadək satışa çıxacağı gözlənilir. Yeniliyin qiyməti hələki açıqlanmır.
Televizor 120 Hz tezliyi ilə 4K-ya qədər görüntüyə malikdir ki, bu da brendin bütün digər modelləri arasında maksimum göstəricidir. Siqnalın ötürülməsi üçün televizorla tandemdə xüsusi konsolun istifadəsini nəzərdə tutan “Zero Connect” texnologiyasından istifadə olunur. Modul video mənbələri, səs və oyun konsollarını birləşdirmək üçün üç HDMI, iki USB və Ethernet daxil olmaqla bütün zəruri portlarla təchiz edilmişdir.
Məlumatların konsoldan televizora ötürülməsini təmin etmək üçün şirkət ən yaxşı ötürmə yolunu dərhal müəyyən edən və xəta və nasazlıqları minimuma endirən ayrıca alqoritm işləyib hazırlayıb. Sistem otaqda insanların və ya ev heyvanlarının hərəkəti kimi real vaxt dəyişikliklərini aşkar edə və fasiləsiz əlaqəni təmin etmək üçün müvafiq olaraq məlumat yollarını dəyişə bilər.