"Telia Sonera", Avrasiya bazarından çıxmaq üçün hərəkətə keçib. "Telia Sonera"nın sədri "Avrasiyadakı aktivlərin satılmasının bu il yekunlaşacağını" söyləyib.
"Telia Sonera"nın Turkcell-də, "Turkcell Holding" vasitəsilə 24 faiz payı var.
Bununla yanaşı "Telia Sonera"nın “Fintur Holdings B.V”də 58.55% payı var. Bu şirkətdə "Turkcell"in payı isə payı 41.45 faiz səviyyəsindədir.
"Telia Sonera" şirkəti "Turkcell Holding" və "Fintur"dakı paylarını da satacağını elan edib.
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%).
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Telia Sonera", "Turkcell" və "Fintur" vasitəsilə “Azercell”in səhmdarıdır.
"Telia Sonera", öz bölgəsi olan Şimali Avropa regionuna fokuslanmaq üçün Avrasiyadakı aktivlərini satır.