Dünyanı cənginə alan və on minlərlə insanın ölümünə səbəb olan koronavirusa görə minlərlə müəssisə kritik vəziyyətə düşüb. Qlobal iqtisadiyyata zərbə vuran pandemiya səbəbilə bir çox sektor və şirkət zərər görməyə başlayıb, bir sıra yerlərdə ixtisarlar aparılıb.
Eləcə də bax: "Feysbuk" koronavirusdan nələr qazandı? - GÖSTƏRİCİLƏR
Lakin texnologiya dünyasındakı bəzi firmalar pandemiyadan sonra sərvətinə sərvət və adına şöhrət qatıb.
FED.az xəbər verir ki, insanların evdən işləməyə başlaması və uzaqda yaşayan doğmaları ilə danışmaq ehtiyacı onlayn görüşləri mümkün edən tətbiqlərə rəğbəti artırıb.
"The Guardian"ın xəbərinə görə, bu populyar tətbiqlərdən biri olan "Zoom" bir neçə həftə ərzində 20 milyon insan tərəfindən yüklənib və "TikTok"dan sonra ən çox yüklənən ikinci platforma olub.
Eyni anda bir çox insanla videokonfransda iştirak imkanını təmin edən "Zoom"un bazar dəyəri 42 milyarda yüksəlib. Tətbiqin qurucusu Erik Yuandır. Onun sərvəti son ayda 4 milyard dollar artıb.
Modern