“Koronavirusun minimal təsirə məruz qoyduğu və yaxud təsir etmədiyi sektorlar işçilərinin yüksək əmək haqqı aldığı rabitə və maliyyə (bank, sığorta) sektorlarıdır".
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O, həmçinin deyir ki, virusun iqtisadiyyata təsirini azaltmaq üçün hazırlanmış proqramlarından biri mikro və fərdi sahibkarlığı əhatə edir: "Bu proqram 290 min mikro və fərdi sahibkarı əhatə edən bir proqramdır. Burada söhbət tək şəkildə və 10-a qədər işçisi olmaqla fəaliyyət göstərən yaxud 10 işçidən az olan muzdlu işçiləri olan sahibkarlardan gedir.
Bir qayda olaraq mikro sahibkarların maliyyə yastığı dardır. Prinsip etibarı ilə dövlət tərəfindən tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər ilk növbədə zərbəni bu sektora endirib. Bu sektoru qoruyub saxlamaq üçün dəstəyə ehtiyacvar. Biz burada baza kimi həmin mikro sahibkarların 2019-cu il ərzində həyaata keçirdiyi vergi ödənişlərinə istinaf edirik. Ödənişlərin, birbaşa yardımların edilməsində həmin bazaya əsaslanarıq".
report