“Kontakt” mağazalar şəbəkəsinin böyük maraqla qarşılanan “Şeş-Qoşa” kampaniyası yenicə başlasa da, artıq böyük uduşları ilə sevindirir.
FED.az xəbər verir ki, cəmi 10 gündür başlayan kampaniyada artıq 30 754 manatlıq məbləğ qazanılıb.
Bu günlərdə həm də “Kontakt”ın 4 ən şanslı müştərisi super priz – ən son model “Toyota Corollo Cross” avtomobili üçün finalda yarışma haqqı qazanıb.
Qeyd edək ki, avtomobil uduşlu bu kampaniyanın şərtləri çox sadə və hamı üçün əlçatandır. Çünki burada həm nağd, həm “6 dəfəyə ödə” və hətta kredit şərtləri ilə alış-veriş edib, zər oyununda şansınızı sınaya bilirsiniz. Onlayn alış-veriş sevərlər isə kontakt.az saytından istədiyini sifariş edir və məhsulunu seçdiyi mağazadan götürməklə kampaniyanın iştirakçısı ola bilir.
Hələ də davam edən “Şeş-Qoşa” kampaniyasından yararlanmaq istəyənlər üçün bildirək ki, elə indi istənilən “Kontakt” mağazasına gəlməklə:
- “Şeş” ataraq aldığınız məhsulun 100%-dək dəyərini geri alırsınız;
- Ən əsası isə, şeş-qoşa ataraq, 2024 model “Toyota Corolla Cross” avtomobilinin sahibi siz olursunuz!
Bu “Şeş-Qoşa”da hələ çox sürprizlər olacaq... Odur ki, şəbəkənin hər kəsi sevindirəcəyi bu böyük kampaniyada iştirak etmək üçün “Kontakt” mağazalarına gəlin, ilin şanslısı olmaq növbəsi sizindir. Budəfəki “Şeş-Qoşa” avtomobilinin sahibi olmaq növbəsi sizindir…