“Kontakt” həmişə olduğu kimi, bu Yeni İldə də müştərilərini sevindirəcək şərtlərlə gəlir! Beləki, evinə lazım olan, ürəyinə yatan istənilən məhsulu pulsuz apara bilərsən. Sən doğmalarına, “Kontakt” isə sənə əsl bayram hədiyyəsi edəcək.
Yanvarın 16-dək sənə yaxın “Kontakt Home”, “Kontakt Mebel” və ya “Kontakt” smart mağazasına yaxınlaş, arzusunda olduğun məhsulu nağd, “6 dəfəyə ödə” yaxud taksit kartları ilə alıb “Şeş-Qoşa”da iştirak hüququ qazan. Daha sonra yerindəcə zər at, “Şeş-Qoşa” (6 qoşa) düşərsə, deməli sən də bəxti yavər gətirənlərdənsən. Məhsul üçün ödədiyin məbləğin tamamı sənə geri qaytarılacaq.
Hər qəbzə görə 1 dəfə zər ata bilərsən. Əgər bir neçə məhsulu 1 qəbz ilə almısansa, 1 dəfə, ayrı-ayrı qəbzlərlə almısansa, hər qəbzə görə ayrı-ayrılıqda zər atmaq şansın var.
Sevindirən şəbəkə “Kontakt” bu yerdə onlayn alıcıları da unutmayıb. Mağazaya gəlməyə vaxtın yoxdursa, günün istənilən saatında kontakt.az saytına daxil olub, sadəcə “1 kliklə” tələbatına uyğun məhsulu sifariş edə bilərsən. Məhsul düz qapına çatdırılacaq və sənə “Şeş-Qoşa”da iştirak üçün kupon veriləcək. Həmin kuponla 1 həftə ərzində yaxınlıqdakı “Kontakt” mağazasına gəl, “Şeş-Qoşa” at, Yeni İl hədiyyəni özün qazan.
Xatırladaq ki, insanlar tərəfindən böyük rəğbətlə qarşılanan “Şeş-Qoşa” kampaniyasında keçən il minlərlə iştirakçının bəxt üzünə gülüb. Sən də onlardan biri olmaq istəyirsənsə “Kontakt” mağazalarına tələs, bu il sənin ilin olsun ;)
"Şeş-Qoşa" kampaniyasının şərtləri ilə daha ətraflı buradan tanış olmaq mümkündür.