“Kontakt” Ramazana özəl ölkədəki bütün mağazalarının qapılarını müştərilərinin üzünə fürsətlərlə dolu kampaniya ilə açacaq.
FED.az xəbər verir ki, aprelin 17-si başlayıb 24-dək davam edəcək “Eşitmədim demə” kampaniyasında istənilən şəxs nağd alış zamanı 50%-dək endirimlərlərdən yararlanma şansına sahibdir.
Hissəli alışa üstünlük verib yeni smartfon əldə etmək istəyənlər ilkin ödənişsiz, 12 ay faizsiz, məişət texnikası, televizor, ev tekstili almaq istəyənlər 18 ay, mebellərini dəyişmək istəyənlər isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, həm də komissiyasız imkanları dəyərləndirə bilərlər.
İndi isə, kampaniya çərçivəsində aktual olacaq bəzi təkliflərlə tanış olaq:
- Qranit Morelli tavası 24 sm ölçüyə sahib olub yanmaz-yapışmaz özəlliyi ilə alıcıların sevimlisinə çevirib. Qiymət isə olduqca münasib 25 yox, cəmi 10 manat.
- 43" (109 sm) ekran diaqonalı, 4K UHD ekran icazəsi, smart funksiya. Bütün bunları özündə birləşdirən Toshiba televizoru kampaniya günlərində 1050 yox, sadəcə 699 manata olacaq.
- Bayram günlərini evdə yox, parkda-piknikdə keçirmək istəyənlərin istirahətinə əyləncə qatacaq təklifimiz var. Belə ki, ZigZag brendinə aid böyüklər üçün olan mexaniki növlü velosipedi kreditlə ayda cəmi 21 manata almaq mümkündür.
- İstidən özümüzə yer tapa bilmədiyimiz günlər çox yaxındadır. Odur ki, ehtiyatınızı indidən görüb ayda cəmi 39 manat ödəyərək evinizi 30 kv.m-ə qədər təsir sahəsi olan Hoffmann kondisionerinə etibar edə bilərsiniz.
Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsində hər tələbata və hər büdcəyə uyğun məhsullar mövcuddur. Sonra “eşitmədim” deməyin, kampaniya fürsətlərini vaxtında dəyərləndirmək üçün sevindirən ünvanları nəzərdən keçirin. Ətraflı məlumat üçün kontakt.az saytına daxil ola və ya *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Şəbəkə bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir!