“Kontakt” mağazalar şəbəkəsində endirimlərin əsl havası gəlib çatdı.
Belə ki, bu gündən düz iyulun 17-dək şəbəkənin mağazalarına üz tutub vaxtınızı alış-verişə ayırın. Çünki, “Kontakt” “Əsl havasıdır” kampaniyası ilə nağd alışda 50%-dək endirimlərə, hissəli alışda isə çox sərfəli şərtlərə start verir.
Hissəli şərtlər haqda daha detallı desək indi smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət texnikası, ev tekstili və qab-qacaqları 18, mebelləri isə ilkin ödənişsiz, 24 aylıq faizsiz və komissiyasız şərtlərlə ala bilərsiniz.
Eləcə də hamının “Şeş-qoşa”da iştirak edib “Volkswagen ID.4”-ü qazanmaq imkanı var. Nəzərinizə çatdıraq ki, builki “Şeş-qoşa” kampaniyasında artıq ilk elektromobil öz bəxtəvər sahibini tapıb.
İndi isə sözü çox uzatmadan gəlin cəlbedici təkliflərin bəzilərinə göz gəzdirək. Beləliklə:
- 64 GB yaddaşlı, Oppo A17K smartfonunu nağd alışda 370 deyil, endirimlə cəmi 299 manata;
- 40 dəqiqə fasiləsiz çalışa bilən Bosch tozsoranını 140 yox, sadəcə 79 manata;
- 20-30 kv.m təsir sahəsi olan AUX kondisionerini ayda 50 manata;
- 7 günədək işləmə müddəti olan Kieslect smart saatını isə ayda cəmi 14 manat ödəməklə ala bilərsiniz.
Odur ki, həm kampaniya təkliflərindən yararlanmaq, həm də “Şeş-qoşa” nın super prizi – Volkswagen ID.4 ELEKTROMOBİLİNİN ikinci şanslı qalibi olmaq üçün sizə ən yaxın “Kontakt” mağazasına tələsin!