“Kontakt”ın sevindirən sorağı bu dəfə İsmayıllının ucqar dağ kəndlərindən – Sulut, Əhən, Zərnava, Müdri, Yuxarı Cülyan və Sərdahardan gəldi. Şəbəkə “Bir arzu tutmuşuq” layihəsi çərçivəsində sözügedən kəndlərin aztəminatlı ailələrindən olan məktəbliləri yeni tədris ili ərəfəsində bir illik məktəb ləvazimatları ilə dolu çantalarla təmin edib.
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin (AzQAC) dəstəyi ilə baş tutan layihədə 107 nəfərdən ibarət olan 1-6 sinif şagirdləri əhatə olunub. Məktəblilər çanta, penal, qələm, dəftər və şagirdlərin sinfinə uyğun olaraq digər tələb olunan məktəb ləvazimatları kimi 1 illik tədarük ilə təmin olunublar. Ləvazimatların uşaqlara təqdim olunması prosesində “Kontakt Home” nümayəndələri, “AzQAC” əməkdaşları və könüllüləri iştirak ediblər.
Qeyd edək ki, sosial aksiyanın həyata keçirilməsi zamanı məktəblilərin pozitiv emosiyalar ilə dolu təəssüratları ilə yanaşı, onların valdeynlərinin də layihəyə olan rəğbəti gözdən yayınmayıb:
“Çətin yol şəraitinə baxmayaraq İsmayıllının ucqar dağ kəndlərinə sevgimizi və məktəb ləvazimatlarını çatdıra bildik. Əziz valideynlərlə xoş söhbətimiz və məktəbli dostlarımızın üzündəki təbəssüm əhvali-ruhiyyəmizi daha da yüksəltdi. “Bir arzu tutmuşuq” layihəsində “Kontakt” mağazalarından alış-veriş edərək öz töhfəsini verən, yanımızda olan hər kəsə təşəkkürümüzü bildirir və müştərilərimizin böyük maraq göstərdiyi bu layihənin həyata keçməsindən dərin məmnunluq hissi keçiririk.” – deyə “Kontakt” mağazalar şəbəkəsinin nümayəndəsi Ülkər Hüseynova bildirib.
Xatırladaq ki, “Kontakt – Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 33 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, eləcə də kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.