“Kontakt” mağazalar şəbəkəsinin sevindirən sorağı Şamaxıya qədər gəlib çatdı. Yaxın günlərdə rəsmi açılışı olan mağazada həmin gün canlı musiqi, əyləncəli şou-proqram və hədiyyəli oyunlarla yadda qalan olub.
Endirimli qiymətlər isə bölgə sakinlərinin ürəyini bir başqa cür açıb. Onlar evlərinə lazım olan hər şeyi endirimli qiymətlərlə alıb, hələ üstəlik qiyməti yerindəcə 3 aya bölüblər.
Nağd alışda endirimlərlə yanaşı, hissəli alış zamanı da cəlbedici təkliflər alıcıların diqqətindən qaçmayıb. Şəbəkə müştərilərinə arzuladıqları smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları və ev tekstilini isə 18 aylıq ilkin ödənişsiz, faizsiz ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Məlumat üçün bildirək ki, sözügedən təkliflər hal-hazırda da davam edir. Şamaxı sakinləri iyunun 18-dək yeni açılmış “Kontakt” mağazasına gəlib bütün fürsətlərdən yararlana bilərlər.
Ən əsası bütün şamaxılıların “Şeş-qoşa” kampaniyasında iştirak edib məhsul dəyərinin 5%, 25%, 100%-ni geri alma, və ya kampaniyanın super prizi “Volkswagen ID.4” elektromobilini PULSUZ aparma şansı var.
Mağaza imkanlarından söz açarkən rahatlıqla deyə bilərik ki, 2 mərtəbəli “Kontakt” mağazasından rəqəmsal, məişət, ev tekstili, qab-qacaq və digər elektronika əşyalarının minlərlə çeşidini tapmaq və sərfəli şərtlərlə əldə etmək mümkündür.
Odur ki, bütün fürsətlərdən faydalanmaq və “Volkswagen ID.4” elektromobilini əldən verməmək üçün Şamaxı şəhəri, Rəsulzadə küçəsi 54 ünvanında yerləşən “Kontakt” mağazasına mütləq gəlin!
İndi isə sizi açılışdan olan əyləncəli görüntüləri izləməyə dəvət edirik: