Bir çox sosial layihələrə tərəfdaş olan “Kontakt” bu dəfə ölkənin seçilən tədris mərkəzi olan “Div Academy” ilə birgə “Gələcəyi Yazanlar” təqaüd proqramına start verib!
Ölkədə innovasiyalar sektorunda ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 500 nəfər Azərbaycan vətəndaşı təqaüdlə təhsil ala biləcək. Müraciətçilər imtahan nəticələrinə uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanacaq.
Əlavə olaraq isə, layihə çərçivəsində sosial baxımdan həssas əhali qruplarına xüsusi imtiyazlar da verilir. Belə ki, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alanlar, valideyni I qrup əlil olanlar, valideynini itirmiş 20 şəxs sözügedən proqramdan 100% təqaüdlə yararlana biləcək.
Bu proqramda iştirak hüququ qazanan hər kəs müvafiq sahənin peşəkar mütəxəssisləri ilə əlaqələr qurmaq və şəxsi bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Bu isə iş həyatında nailiyyət qazanmaq üçün əvəzolunmaz təcrübədir.
İyun ayının 15-dək qeydiyyatı davam edən bu proqramda müasir dövrün ən tələb olunan 4 sahəsi - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə biliklər əhatə olunacaq.
Üstəlik, dərslərin əyani formada keçirilməsi tədrisin effektiv olacağını öncədən təxmin etməyə icazə verir.
“Kontakt" və "Div Academy” bu birgə addımı ilə təhsil və karyera yolunda bir çox imkanlarını ayağınıza gətirir. vOdur ki, qeydiyyatdan keçməyə tələsin və indidən gələcəyinizin qayğısına qalın!
Layihə haqqında daha ətraflı məlumat üçün buraya keçid edə bilərsiniz.