Bu gündən Azərbaycanda rəsmi “iPhone 13” modellərinin satışına başlanıldı. Son model “iPhone”u hamıdan əvvəl almaq üçün insanlar “Kontakt Home – Ukrayna dairəsi” mağazasına axışıb.
Eləcə də bax: "iPhone 13" modelini “Kontakt”dan ilk alanlara - 300 MANATLIQ HƏDİYYƏ
FED.az xəbər verir ki, “iPhone 13” seriyasının bütün modellərinin təqdim olunduğu mağazada 2 saat ərzində 100-lərlə insan arzuladığı smartfonu ala bildi. Ən böyük maraq “iPhone 13 Pro” modelinə oldu. Belə ki, modelin gündəlik satış hədəfi cəmi 80 dəqiqə ərzində vuruldu.
Bundan başqa, şəbəkə ilk 2 saat ərzində son model “iPhone” alan müştərilərinə 300 manatlıq mobil balans hədiyyə edirdi. Həmçinin “Kontakt” həmin saat aralığında “iPhone”ları ilkin ödənişsiz, 12 ay faizsiz şərtlərlə təqdim etmişdi. Fürsəti qaçıranlar kədərlənməsin. “iPhone 13” seriyası tam stokuyla bütün “Kontakt” mağazalarında və kontakt.az saytında satışdadır. Sevindirən şəbəkə oktyabrın 24-dək bütün məhsulları komissiyasız və faizsiz şərtlərlə almaq imkanı da yaradır.
Qeyd edək ki, “Kontakt” “Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzidir.