Bir neçə gün əvvəl Dövlət Məşğulluq Agentliyi “Məşğulluq marafonu” çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatında işəgötürənləri fəal iştirak etməyə çağırmışdı. Bu sosial məsuliyyət kampaniyasına dəstək məqsədilə “Kontakt Home” mağazalar şəbəkəsi orada çalışan şəhid və qazi, həmçinin məcburi köçkün ailələrinin siyahısını açıqlayıb.
Belə ki, şirkətin bu günə olan əməkdaş sayı 2663 nəfərdir. Onlardan:
- 137 nəfəri I və II Qarabağ müharibəsi iştirakçısı;
- 128 nəfəri I və II Qarabağ müharibəsi iştirakçılarının ailə üzvləri (o cümlədən 9 nəfəri şəhid ailələrinin üzvləri)
- 163 nəfəri məcburi köçkün ailəsi üzvləridir.
Eyni zamanda II Qarabağ müharibəsinin şəhidi və “Kontakt Home” əməkdaşı Aslan Rzayevin 2 yaşlı övladı 18 yaşınadək “Kontakt Home” tərəfindən himayəyə götürülüb. Şəbəkə öz növbəsində digər şirkətləri də bu sosial məsuliyyət kampaniyasında fəal iştiraka çağırıb.
Xatırladaq ki, “Kontakt Home” Vətən müharibəsi dövründə və ondan sonra şəhid və qazi ailələrinə şəxsi büdcələri hesabına ən çox güzəşt edən mağazalar şəbəkəsidir. Bütün bu göstəricilər “Kontakt Home”u həm də sosial məsuliyyət istiqamətində də lider şəbəkələrdən edir.