Bu gün Azərbaycanda “iPhone 14” seriyasının rəsmi satışları başlayıb.
“Apple”ın Azərbaycandakı rəsmi satış mərkəzi olan “Kontakt” ən son model “iPhone”lara ilk sahib olmaq istəyənlər üçün gecə 00:00-dan ilk satışları başladıb. Önsifariş edənlər və “iPhone 14” seriyasına ilk sahib olmaq istəyənlər dünən gecədən “Kontakt Home – Ukrayna” dairəsi mağazasına axın edib. 2 saat ərzində 100-lərlə insan arzuladığı iPhone modelini əldə edə bilib. Ən böyük maraq “iPhone 14 Pro” seriyasının eksklüziv rəngli “Deep Purple” modelinə oldu.
Bundan başqa, ilk saatlarda son model “iPhone” alanlar arasında “Apple Watch 8” oynanılıb. Gecənin şanslısı Bakı sakini Atakişiyev Nemət Qafur oğlu olub. Bundan başqa gecədə digər dəyərli hədiyyələr də oynanılıb.
Xatırladaq ki, Apple brendinin rəsmi satış mərkəzi olan “Kontakt” mağazalarında və kontakt.az saytında “iPhone 14” seriyasının bütün rəng və yaddaş növləri uyğun şərtlərlə şatış üçün təqdim olunur.
Oktyabrın 2-dək bütün “iPhone 14” modellərini “Kontakt Home” mağazalarından ilkin ödənişsiz, 12 ay faizsiz şərtlərlə almaq mümkündür. Eyni zamanda orijinal “iPhone 14” keyslərini şəbəkədən 50 AZN endirimlə almaq olar.
Bir daha xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Qlobal zəmanətli, orijinal və rəsmi “Apple” məhsullarını “Kontakt Home” mağazlarından və kontakt.az saytından ala bilərsiniz.
Hazırda “Kontakt”ın Azərbaycan üzrə ümumilikdə 33 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, eləcə də kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir.