FED.az xəbər verir ki, "Kontakt Home" İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis üçün vakansiya elan edir.
Eləcə də bax: "Nikoil Bank" işçi axtarır - VAKANSİYA
Vəzifələr:
• Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə);
• PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
• KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
• Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək;
• Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak;
• Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
• Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
• Korporativ tədbirlərin təşkilində iştirak.
Zəruri tələblər:
• İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
• Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Kollektivdə çalışmaq qabiliyyəti.
Arzuolunan tələblər:
• Müvafiq sahədə ali təhsil üstünlükdür;
• İngilis dili əlavə üstünlükdür;
• Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
İş barədə məlumat
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Rəqabətqabiliyyətli əmək haqqı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.