"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
FED.az xəbər verir ki, "Kontakt Home" İşə qəbul üzrə köməkçi ( HR Assistant) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını bilməli;
• İnsan Resursları sahəsində iş təcrübəsi arzuediləndir;
Şəxsi keyfiyyətlər:
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
Vəzifə öhdəlikləri:
• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
• Müsahibə nəticələrinin database-nin aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İşə qəbul üzrə köməkçi” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.