Company: Kontakt Home
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Reklam üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Mağazalarda marketinq-merçendayzinqini həyata keçirmək;
• Mağaza fasadlarında və mağazalarda reklam materiallarının yerləşdirilməsinə nəzarət etmək;
• Tərəfdaş şirkətlərlə və iş icraçıları ilə əlaqələrin qurulması;
• Yaradılmış strateqiyanın heyata keçirilməsini kurasiya etmək;
• Marketinq mütəxəssisləri tərəfindən işlənilmiş sxemə uyğun reklam məhsullarının düzülməsini təmin edtmək;
• Təchizatçılarla əlaqələrin qurulması.
Tələblər:
• Ali təhsil;
• Bu sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək;
• Punktuallıq və dəqiqlik;
• Təşəbbüskarlıq, məsuliyyətlilik, komandada işləmə bacarığı;
• Nəticə yönümlülük;
• Çeviklik və aktivlik;
• Müxtəlif insanlarla ünsiyyət qurmaq bacarığı.
Arzu olunan tələblər:
• Yüksək səviyyədə rus və ya ingilis dili biliyi;
• İş keyfiyyətini artırmaq məqsədi ilə öyrənmək həvəsi;
• Stresə davamlılıq.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: razılaşma yolu ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Reklam üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.