Kontakt Home şirkəti haqqında yalan məlumatlar yayan bəzi saytlar barədə Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.
Eləcə də bax: Azərbaycanda 5G şəbəkəsini dəstəkləyən smartfonların - SATIŞINA BAŞLANILIB – QİYMƏTLƏR
FED.az müraciəti təqdim edir: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Kontakt Home mağazalar şəbəkəsi barədə həqiqəti əks etdirməyən, qərəzli və iftira dolu silsilə yazılar dərc olunur. Yazı müəllifləri araşdırma aparmadan, məsələlər ilə bağlı hər hansı dəqiq və dolğun məlumatlara malik olmadan, qanunvericiliyin tələblərini pozmaqla şirkət barəsində həqiqəti əks etdirməyən xəbər paylaşır, bununla da şirkətin işgüzar nüfuzuna qərəzli şəkildə ziyan vururlar.
Bildirmək istərdik ki, dərc olunan əsassız xəbərlər ciddi şəkildə nəzarətə götürülüb. Bu xəbərləri yayımlayan mətbu orqanları və şəxslər barədə artıq Azərbaycan Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına tərəfimizdən müraciət ünvanlanıb”.