Ölkənin qabaqcıl elektronika və mebel şəbəkələrindən olan Kontakt Home TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarının COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına köməklik göstərib.
FED.az xəbər verir ki, vaksinasiya prosesi TƏBİB-in səyyar briqadaları tərəfindən Kontakt Home-un ofisində aparılıb. Əməkdaşlar müayinədən keçdikdən, onlarla profilaktik söhbətlər aparıldıqdan və əks göstərişlərin olmadığına əmin olduqdan sonra ilk doza peyvənd olunublar.
“3000-ə yaxın əməkdaşı olan şəbəkə kimi cəmiyyət qarşısındakı sosial öhdəliyimizi anlayırıq. Vaksinasiya həm əməkdaşlarımızın, eyni zamanda xidmət sektorunun fəal iştirakçısı kimi həm də müştərilərimizin sağlamlığı üçün önəmlidir” deyə “Kontakt Home”dan bildiriblər.
Bundan başqa şəbəkə “Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə “VaksinAksiya” kampaniyasına başlayıb. Belə ki, mayın 31-dək COVID əleyhinə peyvənd olunmuş şəxslər Kontakt Home mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz, faizsiz və komissiyasız tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcəklər.
Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” Samsung, LG, Bosch kimi 30-dan çox dünya brendinin rəsmi, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəzidir.