“Kontakt” mağazalar şəbəkəsi ən sərfəli imkanları “Sevinc xəbərçisi” kampaniyası ilə müştərilərinin ayağına gətirir.
Belə ki, aprelin 28-dən mayın 10-dək şəbəkənin mağazalarına üz tutan bütün alıcıları hissəli alış zamanı 24 ayadək ilkin ödənişsiz, faizsiz ən önəmlisi isə komissiyasız şərtlər qarşılayacaq. Hissəli ödəniş şərtləri haqda daha ətraflı desək, kampaniya günlərində fikrinizdən keçən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət əşyası, ev tekstilini, qab-qacağı 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz hələ üstəlik komissiyasız şərtlərlə almaq şansınız var.
Şəbəkə eləcə də nağd alıcıların sevincinə səbəb olacaq 50%-dək endirimli fürsətlər elan edir. Hələ üstəlik endirimli qiymətləri 3 dəfəyə ödəmə imkanınız da var.
İndi isə cibinizə qənaət edə biləcəyiniz təkliflərin bəzilərinə gəlin birlikdə göz gəzdirək. Beləliklə:
- 32” (81 sm) ekran diaqonalı olan smart Hoffmann televizorunu nağd alış zamanı 400 deyil, cəmi 269 manata;
- 8 parçalı, daxili örtüyü qranit materialdan hazırlanan Morelli qazan dəstini 180 yox, şok endirimlə 99 manata;
- Ölçüsü 50x70 sm olan sintifon yastığı isə 18 əvəzinə sadəcə və sadəcə 10 manata ala bilərsiniz.
Kredit təklifləri də olduqca cəlbedicidir. Belə ki: - 128 GB yaddaşlı iPhone 14 smartfonunu ayda 179 manata;
- 20-30 kvadrat metr təsir sahəsi olan Hoffmann kondisionerini isə ayda cəmi 39 manat ödəməklə əldə etməyiniz mümkündür.
Xatırladaq ki, “Sevinc xəbərçisi” kampaniyasının təklifləri bunlarla məhdudlaşmır. “Kontakt” mağazalarında və kontakt.az saytında hər büdcəyə və hər istəyə uyğun 30 000 çeşiddə məhsullar mövcuddur. Odur ki, yaz fürsətlərini vaxtında dəyərləndirmək üçün sevindirən ünvanları buradan tapmağa tələsin.