“Kontakt” növbəti dəfə vətənpərvər addımıyla hər kəsdən seçilməyi bacarıb. Belə ki, bu dəfə şəbəkə “Silahlı Qüvvələr Günü” münasibətilə reklam videoçarxına xərclənməli olan büdcəni bir neçə dəfə artıraraq “YAŞAT” Fonduna 50 000 AZN ianə edib.
“Bu gün biz ordumuzu fərqli, kreativ bir videoyla təbrik edə bilərdik. Lakin həmin videoya xərclənəcək büdcəni daha da artırıb 50 000 AZN-i “YAŞAT” Fonduna köçürməyi özümüzə borc bildik. Çünki Vətənə gözü kimi baxan ordu qarşısında borcumuz ödənilməzdir” - deyə şəbəkənin rəsmi Facebook səhifəsində qeyd olunub.
Qeyd edək ki, “Kontakt”ın bu yanaşması sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb və mesajı özündə əks etdirən video çarx bir neçə saat ərzində minlərcə insan tərəfindən baxılıb.
Qeyd edək ki, “Kontakt”ın 97 nəfər əməkdaşı “Vətən müharibəsi” iştirakçısıdır. Ölkə başçısının dünən “Vətən müharibəsində igidlik və şücaət”ə görə medallarla təltif etdiyi hərbi qulluqçular sırasında onların da adı var.
Ümumilikdə “Kontakt”da:
- 137 nəfəri I və II Qarabağ müharibəsi iştirakçısı;
- 128 nəfəri I və II Qarabağ müharibəsi iştirakçılarının ailə üzvləri (o cümlədən 9 nəfəri şəhid ailələrinin üzvləri)
- 163 nəfəri məcburi köçkün ailəsi üzvləri çalışır.
“Kontakt” vətənpərvərlik layihələri ilə hər zaman fərqlənən şirkətlərdəndir. kontakt.az saytına edərək, “Kontakt”ın “Orduya dəstək” istiqamətində gördüyü işlərlə yaxından tanış ola bilərsiniz.