“Kontakt” mağazalar şəbəkəsi dünya səhnələrini fəth edən “Arşın mal alan” operettasının 109 illiyinə özəl kreativ ekran işi ərsəyə gətirib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” operettasına maraqlı yanaşma videoda özünü əks etdirib və video yayımlandıqdan qısa müddət ərzində izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Videoda operettanın baş qəhrəmanı Əsgər bəy “Kontakt Home” mağazasına daxil olaraq sanki keçmişdən yeni dövrə səyahət edir. Bu səyahət zamanı keçmiş və müasir dövrün əyləncəli sintezi ilə qarşılaşır. Bəhs edilən reklam filmini nəzərinizə çatdırırıq:
Qeyd edək ki, şəbəkə daha əvvəl də Üzeyir Hacıbəylinin yaradıcılığından ilhamlanan maraqlı reklam filmləri hazırlayıb və bu reklamlar izləyicilər tərəfindən hər zaman maraqla qarşılanıb. Həmin reklam filmlərini də buradan izləyə bilərsiniz.