Niyə “Windows 7” istifadəçiləri “Windows 10”a keçmək istəmirlər? Axı bir neçə aydan sonra “Windows 7” işini dayandıracaq.
FED.az xəbər verir ki, növbəti ilin 14 yanvar tarixində “Windows” yeniliklərinin təqdimatı çərçivəsində “Windows 7”nin işi dayandırılacaq.
Eləcə də bax: “Facebook” kompüteri düşüncə ilə idarə edən - STARTAPI ALIR
“Windows 7”nin gedişi dünyadaki yüz milyonlarla kompüter sahibləri üçün yəqin ki, xoş hadisə olmayacaq. Dəstəksiz “Windows 7” versiyansının kompüter üçün yaratdığı risklərə baxmayaraq, bir çox istifadəçi “Windows 7”də qalacağını bildirir.
“Windows 8.1” dəstəyi mövcud olsa da, “Microsoft” şirkəti hər kəsin “Windows 10”a keçməyini tövsiyə edir. Sistemin bu versiyası, istifadəçilərin istəklərini nəzərə alınacağı vəd edilən ildə iki dəfə yenilənmə xüsusiyyətinə sahibdir.
Klassik keçmiş versiyanın istifadəçiləri “Microsoft”un tövsiyələrinə qulaq asmırlar və təhlükəsizlik yeniləmələri olmadan da işləməyə hazırdılar.
Şübhəsiz ki, “Windows 7”, “Windows”un ən yaxşı versiyalarından biridir. Görünüşündən 10 il keçsə də, proqram təminatında heç bir problem yaranmır.
Mütəxəssislərin fikrincə, “Windows 7” dərhal yox olmayacaq. Çox güman ki, “Microsoft” “Windows XP” ilə olduğu kimi çətin şəkildə ondan qurtulmaq məcburiyyətində qalacaq.
TED