“Gartner” şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. “HP Inc.” şirkətini geridə qoymuş “Lenovo” birinci pillənin sahibi olub.
FED.az xəbər verir ki, dailycomm.ru saytının yazdığına görə, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə “Lenovo” şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. “HP Inc.” şirkətində bu göstərici 21.9% təşkil edir.
“HP Inc.” şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.
Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış “Dell” şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-martında artım 1,5% təşkil edib.
Eləcə də bax: “Samsung” şirkəti “Galaxy J” istehsal xəttini ləğv edib
©ICTnews