Sevindirən şəbəkə “Kontakt” alıcılarına smartfon alışında yepyeni – onlayn “Trade-in” xidmətini istifadəyə verir. Artıq “kontakt.az” saytında sadəcə bir neçə kliklə köhnə smartfonunu qiymətləndirmək, dəyərini öyrənmək və üstəlik, yeni cihazı daha sərfəli almaq mümkündür.
Əvvəllər yeni smartfon almaq istəyərkən köhnəsini necə və kimə satmaq, dəyişmək sualları ortaya çıxırdı. İndi isə “Kontakt”ın onlayn “Trade-in” xidməti alıcını əlavə axtarışlardan, danışıqlardan, texniki çətinliklərdən qurtarır və bütün prosesi tək məkana toplayır.
PROSES NECƏ İŞLƏYİR?
Kontakt.az saytı üzərindən aparılan bu proses isə sadəcə bir neçə klikdən ibarətdir. Belə ki, istifadəçi saytda “cihazı qiymətləndir” bölməsinə daxil olmaqla rahatlığın qapılarını öz üzünə açır. Bundan sonra istifadəçinin edəcəyi tək şey smartfonun modeli, rəngi, texniki vəziyyəti ilə bağlı məlumatları doldurmaqdır. Və budur: hər sual cavablandıqca sistem real vaxtda cihazı dəyərləndirir, bazar dəyərini hesablayır və nəticə dərhal ekranda görünür.
Son olaraq köhnə smartfonu təhvil verib yenisini əldə etmək üçün ən yaxın “Kontakt” mağazasına yaxınlaşmaq qalır. Burada ehtiyac olarsa, ekspertlər cihaza son dəfə yerində baxış keçir və sayt üzərindəki qiymətləndirməni təsdiqləyir. Dəyərləndirilən məbləğ yeni smartfon alışı zamanı ümumi qiymətdən birbaşa çıxılır.
250 AZN-DƏK BONUS ENDİRİM
“Kontakt”ın təqdim etdiyi bu yeni sistem texniki rahatlıq ilə yanaşı, seçilmiş modeller üçün ciddi qənaət imkanları da yaradır. Belə ki, əgər alıcının seçimi “iPhone” modelləri üzərindən olarsa, bu zaman, əlavə olaraq 250 AZN-dək bonus endirim tətbiq olunur. Həm köhnə cihazın dəyəri, həm də bu bonus birgə hesablanaraq yekun qiymətdən çıxılır.
Odur ki, bütün belə imkanlardan və texnologiyanın yeniliklərindən geri qalmaq istəməyənlər üçün artıq seçim bəllidir: “kontakt.az”dan bir kliklə qiymətləndir, daha sərfəli al.