Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Kəngərli Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb.
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, www.kengerli-ih.gov.az domen adı ilə fəaliyyət göstərən informasiya resursu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilməsi həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresi ilə ([email protected]) təmin olunub.
Yenilənmiş internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, optimizasiyası axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.