İKT

«KATV»nin internetinin pis işləməsinin – SƏBƏBİ AÇIQANDI

«KATV»nin internetinin pis işləməsinin – SƏBƏBİ AÇIQANDI | FED.az
11:23 9 Okt 2018
«KATV1» kabel telefiziyası, həm də internet provayderi, bir neçə gündür ki, şirkətin verdiyi internetin keyfiyyətinin pis olmasının səbəbini açıqlayıb. Şirkətdən FEDöaz-a verilən məlumatdan aydın olur ki, problemin səbəbi şəbəkədə yeni avadanlığın quraşdırılması olub. 

«Əlbəttə ki, istənilən sahədə müasir texnalogiyaların tətbiqi, yenilənmə və profilaktik tədbirlər zamanı bəzi məhdudiyyətlər yaranır və tez bir zamanda aradan qaldırılır. Məhz bu texniki yenilənmələr səbəbindən KATV1-in bəzi abonentlərə göstərdiyi internet xidmətlərində planlaşdırlmamış fasilələr yaranıb. Bu fasilələrin qısa müddətli olması üçün şirkət əməkdaları gücləndirilmiş iş rejimində çalışırlar, hazırda təkimlləşdirmə işləri davam etdirilir. 
Keyfiyyətin yüksəldilməsi məqsədi ilə həyata keçirlən işlər başa çatdıqdan sonra, abunəçilərə əlavə yeniliklər təqdim olunacaq»-deyə açıqlamada bildirilir. 

Digər xəbərlər

Banner