“AG Telecom” şirkətinin 15-illiyi ilə əlaqədar bu il yeni mövsümdən KATV1 müştəriləri ilə inteqrasiyanın gücləndirilməsi üçün fəaliyyət planı reallaşdırılır. “AG Telecom” şirkətindən verilən xəbərə görə, fəaliyyət planı mövcud xidmətlərin texniki cəhətdən təkmilləşdirilməsi, müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi və tələbatın tam ödədinlməsinə yönəlib.
FED.az xəbər verir ki, ilkin olaraq KATV1 kabel televiziyası ilə nümayiş etdirilən rəqəmsal telekanalların siyahısı yenilənib. Yenilənmə şirkətin son 6 ayda keçirdiyi monitorinqin nəticəsində və birbaşa olaraq müştərilərin istəklərinə uyğun aparılıb.
COVİD-19 ilə bağlı mövcud çətinliklərə baxmayaraq 2020-ci ildə “AG Telecom” təsdiqlənmiş biznes-strategiyasını reallaşdırmağa davam etdirəcəkdir. Hazırda bu strategiyaya infrastrukturun yenilənməsi, enerji təchizatının gücləndirilməsi, data-mərkəzin genişləndirilməsi və s. daxildir.
İnternet-trafikin istifadəsinin təhlili nəticəsində KATV1 tərəfindən göstərilən bu xidmətin optimallaşdırılması da həyata keçirilib. Bu addım KATV1 istifadəçilərinin tələbatının daha yüksək səviyyədə ödənilməsinə xidmət edəcəkdir. Qeyd etmək lazımdır ki, sərtləşdirilmiş karantin rejimi dövründə internet-trafikin istifadəsi 2-4 dəfə artmışdı. Məhz bu amil nəzərə almaqla həyata keçirilən tədbirlər müştərilərə dayanıqlı və daha yüksək səviyyəli xidmətin göstəriləməsinı təmin edəcək.
Qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası ilə əlaqədar “AG Telecom” şirkətində əhaliyə xidmət protokolları yeni təhlükəsizlik standartları əsasında yenilənmib.
“Koronavirus infeksiyası cəmiyyət üçün hələ də böyük təhlükə olaraq qalmaqdadır. Əməkdaşlarımızı bu təhlükədən qorumaq və onların sağlamlığını təmin etmək üçün məsafədən iş modelini tətbiq edirik”, - deyə şirkətdən bildiriblər.
Koronavirusla mübarizənin tələblərinə uyğun olaraq yaradılmış protokollara əsasən operatorun ofislərində təhlükəsiz işləmək üçün hazrıda zəruri şərait mövcuddur: sosial məsafə gözləmək üçün zonalar yaradılmış, bütün ofislər tələblərə uyğun dezinfeksiya edilir. Əməkdaşlar fərdi müdafiə vasitələri ilə təmin edilmiş, xəstəlik əlamətləri olanlar isə dərhəl özünüizolyasiya rejiminə keçirilir.