Kiçik şirkətlərin və sahibkarların kiber müdafiəsi üçün hazırlanmış “Kaspersky Small Office Security” həllini 1 sentyabr 2020-ci ilədək pulsuz quraşdırıb istifadə etmək olar. Bu addım, “Kaspersky” şirkəti tərəfindən mövcud çətin şəraitdə kiçik sahibkarlığa dəstək olmaq üçün həyata keçirilmişdir.
FED.az məlumat verir ki, karantin ilə əlaqədar olaraq, müştərilər, tərəfdaşlar və podratçılarla ünsiyyət tamamilə rəqəmsal məkana köçürülür və işçilər evdə işləməli olurlar. Məsələn, fitness klubda qrup təlimləri əvəzinə indi məşqçinin hərəkətləri canlı yayımda təklif olunur, restorana getmək əvəzinə, onlayn sifariş və çatdırılma təklif olunur, uşaq dərnərkləri əvəzinə video konfrans formasımda qrup dərsləri təklif olunur. Ancaq, kiçik müəssisələrin rəqəmsal fəaliyyətlərinin artması ilə sahibkarların kiber cinayətkarların qurbanı olma riski də artacaq.
«Kaspersky» şirkəti hazırkı durumun mürəkkəbliyini nəzərə alaraq, kiçik şirkətlər üçün “Kaspersky Small Office Security” qorunma həllinin xüsusi pulsuz versiyasını hazırlayıb. Bu həll, “Mac” və ya “Windows” platformasında olan kompüterlərin, “Android” ilə işləyən smartfon və ya planşetlərin, eyni zamanda bir serverin təhlükəsizliyini təmin edəcəkdir. Bundan əlavə, kiçik təşkilatların işçiləri parol menecerindən istifadə edə biləcəklər.
“Kaspersky Small Office Security” İnternetdə maliyyə əməliyyatlarının təhlükəsiz aparılmasına kömək edir, davamlı parollar yaradır və etibarlı şəkildə qoruyur, virus hücumlarını bloklayır və bütün faylların avtomatik nüsxələnməsini yaradır. Proqramla işləmək üçün sistem administratoruna ehtiyac yoxdur.
“Kiçik müəssisələrin təcrid şəraitində yaşamaları və sonra fəaliyyətlərini davam etdirməsi üçün sahibkarlar öz biznes modellərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və demək olar ki, tamamilə rəqəmsal məkana keçməlidirlər. Lakin, kiçik təşkilatların infrastrukturu çox vaxt belə dəyişikliklərə hazır olmur. Biz, onların işini, heç olmasa informasiya təhlükəsizliyi baxımından asanlaşdırmaq istəyirik", - bunu “Kaspersky” şirkətinin kiçik və orta bizneslə iş üzrə şöbəsinin rəhbəri Timur Bigulov deyib.
Lisenziyanı linkə daxil olub əldə etmək olar: https://kas.pr/free-ksos.
Aksiya aprel ayının 15-dən sentyabrın 1 kimi aktivdir.