Ancaq «Feysbuk», «İnstaqram» və «Tvitter»in poplyar olduğu digər dünya ölkələrindən fərqli olaraq Çində onlarla yerli sosial şəbkə fəaliüyət göstərir. FED.az xəbər verir ki, ölkə miqyaslarına görə kiçik olsalar da bu şəbəkələrin istifadəçilərinin sayı ayrı-ayrı ölkəərin əhalisindən qat-qat çoxdur.
Eləcə də bax: İndi də bitkoini satmayanlar sevinir – 9 MİN DOLLARA YAXINLAŞIR
Çinin məşhur sosial şəbəkəsi - videoların mübadiləsi və canlı yayımlar xidmətini təklif edən olan «YY» digər sosial platforma olan «Bigo»nu satın alıb. Bunun hesabına «YY»nun təmiz mənfəəti 223% faiz artıb. Şirkəin hesabatına görə, 1-ci rübdə «YY»nin gəliri 47% artaraq 3,2 milyard yuandan 4,7 milyard yuana (703 milyon dollara) yüksəlib. Şirkətin təmiz mənfəəti isə ötən ilki 963 milyon yuandan 3,1 milyard yuana (460 milyon dollara) yüksəlib. Şirkət istifadəçilərin sayının çoxaldığını da elan edib, ekspertlər səhmlərin bahalaşacağını gözləyirlər.
Eləcə də bax: 1 dəqiqədə internetdə - NƏ BAŞ VERİR?
İstifadəçilərinə pul qazanmaq imkanı verir
Qeyd edək ki, «YY» digər sosial şəbəkələrdən maraqlı xidmətləri və pul qazanmaq imkanları ilə fərqlənir. Belə ki, «YY»-nin əsasında video mübadilə, canlı yayımlar dayananır. Burada video paylaşmaqla istifadəçilər virtual valyuta qazanıb, sonra onu real valyutaya çevirə bilərlər. YY-nin əsas istiqamətlərindən iri canlı yayımda oynanılan oyunlardır. Başqa mühüm istiqamət – tapşırıqların yerinə yetirilməsidir ki, bunların da arasında ən populyarı karaoke oxumaqdır. Bu tapşırığn uğurla yerinə yetirilməsi də istifadəçilərə virtual (nəticədə həm də real) valyuta qazandıra bilər.
Çin sosial şəbəkəsi təkcə Çində populyar deyil
Şirkət həm də əməliyyat fəaliyyətinin genişləndiyini – auditoriyanın artdığını elan edib. Birinci rübün nəticələrinə görə, «YY»nin videoservis istifadəçilərinin sayı 400 milyon nəfərə çatıb, maraqlıdır ki, bunların 75%-i Çindən xaricdədir.
Şəbəkənin pul qazandıran istifadəçilərinin sayı isə 17% artaraq 3,5 milyon nəfərdən 4,1 milyon nəfərə çatıb. Göstəricilərin artımına şirkətin «Huya» və yenicə alınmış «Bigo» servisləri də təsir edib.
Səhmlərinin bahalaşacağı gözlənilir
Hesabatın dərcindən sonra, gözlənildiyi kimi, «YY Inc.»in səhmləri 7% bahalaşıb. Buna qədər isə bir neçə analitik şirkətin perspektivlərni müsbət qiymətləndirmişdi. Məsələn, «JP Morgan»ın ekspertləri hesab edir ki, ilin sonunadək «YY»nin səhmləri 50% bahalaşaraq 1 səhmin qiyməti 100 dollara çatacaq. «Credit Suisse»in analitikləri səhmin 85 dollara, «Deutsche Bank»ın analitikləri isə 95 dollara çatacağını gözləyir.
Karaokedən pul qazananalar – «YY»nin səhmləri - 50% BAHALAŞACAQ
13:00
1 İyun 2019