Banner

İKT

Karantində mobil operatorların xidməti – QİYMƏTLƏNDİRİLİB

Karantində mobil operatorların xidməti – QİYMƏTLƏNDİRİLİB | FED.az
16:47 27 Aprel 2020

Azərbaycanda koronavirus pandemiyası ərəfəsində mobil operatorların xidmətlərindən razı qalan əhali sayı məlum olub.

FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin  araşdırmasında məlum olub.

Sorğu iştirakçılarının mobil operatorların xidmətlərini yüksək səviyyədə qiymətləndirdiyi qrafikdən də açıq-aşkar görünür. Hər 100 nəfərdən az qala 90 nəfəri mobil operatorların bu ərəfədə daha yaxşı xidmət göstərdiyini vurğulayır.

“Koronavirus pandemiyası ərəfəsində mobil operatorların xidmətlərindən nə dərəcədə razısınız” sualına respondentlərin 31,3%-i çox razı olduğunu deyib. Çox razı olanlar Bakı şəhəri üzrə (580 respondent) 27,6%, regionlar üzrə (2040 respondent) 32,3% təşkil edib.

Ümumilikdə razı qalanların 55,2%, Bakı şəhəri üzrə 56,2%, regionlar üzrə 55% olub. Nə razı, nə də narazı qalanlar ümumilikdə 4,3%, Bakı şəhəri üzrə 6,8%, regionlar üzrə 3,6% təşkil edib.

Ümumilikdə razı olmayanlar 4,4%, Bakı şəhərində 3,6%, regionlarda 4,7% olub. Mobil xidmətlərdən heç razı olmayanlar ümumilikdə 2,5% təşkil edib. Bakı şəhəri üzrə 3,6%, regionlar üzrə 2,2% olub.

Sorğuda iştirak edənlər arasında 2,3% mobil nömrə istifadə etməyib. Bu say Bakı şəhəri üzrə 2,2%, regionlar üzrə 2,3% təşkil edib.

“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.

Digər xəbərlər

Banner