"Azərbaycan Respublikasında İnnovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu" imzalanıb.
"Şəhərlərin rəqəmsal əkizləri yaradılacaq"
FED.az xəbər verir ki, imzalanma bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammit çərçivəsində baş tutub.
Memorandumun məqsədi ölkədə sahibkarlıq mühitinin formalaşdırmaq, maliyyələşməni tam funksional vəziyyətə gətirməkdir.
Memorandumu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliynin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və PAŞA Holdinq-in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar. (Apa)