İndoneziya hökuməti, Apple şirkətinin yerli məzmun tələblərinə uyğun gəlmədiyini əsas gətirərək, ölkədə iPhone satışına qoyulan qadağanı qüvvədə saxlayır.
“Apple” iPhone 16 satışına icazə vermək üçün İndoneziyaya 10 milyon dollar təklif edib
FED.az xəbər verir ki, bu qərar Apple-ın Batamda 1 milyard ABŞ dolları dəyərində AirTag istehsal zavodu qurmaq öhdəliyinə baxmayaraq qəbul edilib.
Təxminən 280 milyon nəfərlik bazar üçün Apple tərəfindən təqdim edilən investisiya təklifi də hökumətin bu qərarını dəyişdirməyib.
Bu barədə İndoneziyanın Sənaye naziri Aqus Qumivang Kartasasmita, çərşənbə günü (8 yanvar) məlumat verib. Nazir, Apple rəhbərliyi ilə Cakartada keçirilən bir sıra görüşlərdən sonra bu qərarın təsdiq edildiyini bildirib.