Azərbaycanın Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ildə 50-yə yaxın ölkədə 200-ə yaxın şirkətə telekommunikasiya və yer müşahidəsi üzrə xidmət və həllər, o cümlədən teleport xidmətləri və əlavə dəyər yaradan yeni biznes xətti olan təlim və konsultasiyadan ümumilikdə 47,4 milyon manat gəlir əldə edib.
FED.az xəbər verir ki, bu barədə “Azərkosmos”un 2024-cü il üzrə hesabatında deyilir.
Bununla yanaşı, ötən il müəssisənin əlavə dəyər xidmətlərində 2 dəfəyə yaxın artım müşahidə olunub. Belə ki, 2023-cü ildə bu rəqəm 1,4 milyon manat təşkil edirdisə, 2024-cü ildə 2,7 milyon manat olub.
Ümumilikdə “Azərkosmos”un 2013-cü ildən başladığı kommersiya fəaliyyətinin nəticəsi olaraq 650 milyon manat gəlir əldə olunub.