2023-cü ildə “SpaceX” şirkəti aşağı Yer orbitinə dünyanın digər şirkətləri və ölkələri ilə müqayisədə dörd dəfə çox yük daşımağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask bildirib.
“SpaceX orbitə təqribən 1600 ton yük çatdırmaq yolundadır, dünyanın qalan hissəsi isə təxminən 400 ton yük çatdıracaq”, o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Sahibkarın sözlərinə görə, aşağı Yer orbitinə gedən yüklərin böyük hissəsi onun şirkətindən əlavə Çin tərəfindən çatdırılır.