Məşhur iş adamı İlon Maska məxsus olan «Starlink» qlobal peyk rabitə sistemi Azərbaycanda fəaliyyətə başlayıb.
Azərbaycan hökumətindən İlon Maskın «Starlink» şirkətinə – “YAŞIL İŞIQ” – FƏRMAN
FED.az xəbər verir ki, «Starlink» qlobal peyk rabitə sisteminin xidməti Azərbaycanda bu həftə rəsmi olaraq işə düşüb. Azərbaycanda bu barədə peyk şəbəkəsinin “X” sosial media hesabında paylaşım edilib. Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur. Xatırladaq ki, indiyədək «Starlink» dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən qonşu Gürcüstan və Ermənistanda fəaliyyət göstərir.
Xatırladaq ki, «Starlink»in internet xidməti İlon Maska məxsus olan «SpaceX» şirkəti tərəfindən həyata keçirilir. «SpaceX»in orbitə buraxdığı minlərlə rəbatə peyki vasitəsilə bu sistem istənilən yerdə interneti təmin edir.
Azərbaycanda 2022-ci ilin dekabr ayında "SpaceX" Bakıda "Starlink Azerbaijan" MMC adlı şirkət qeydiyyatdan keçirərək, ölkəmizdə fəaliyyətə başlayıb. Paralel olaraq hökuməti qanunvericiliyə dəyişiklik edərək indiyədək ölkədə əhali üçün qadağan olan peyk internetini də leqallaşdırıb. Nəticədə hazırda ölkədə peyk internetindən istifadə etmək qanuniləşib.
Azərbaycanlı istifadəçilərin «Starlink» internetinə qoşulması prosesi sadədir – ilk növbədə bu avadanlığı ("Starlink Standart Kit") alıb quraşdırmaq, daha sonra aylıq ödəniş etaək kifayətdir. "Starlink Standart Kit" avadanlığın qiyməti 670 manatdır, onu çatdırmaq 50 manata başa gəlir, yəni ümumilikdə 720 manat ilkin xərc tələb olunur.
Peyk internetinin aylıq ödəniş məbləği isə seçilmiş paketdən asılıdır. Aylıq 50 QB həcmində internnet üçün ödəniş 90 manatdır. Limitsiz internetin qiyməti isə ayda 170 manat təşkil edir.