Məlum olduğu kimi, bu gundən Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
FED.az xəbər verirk ki, amerikalı milyarder, “Space X”in sahibi İlon Mask bununla bağlı “X” hesabında paylaşım edib.
“Starlink” indi Azərbaycandadır” - deyə, Mask yazıb.
Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır.
Hazırda “Starlink” dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən qonşu Ermənistan və Gürcüstanda da fəaliyyət göstərir.