Amerikalı milyarder, ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask milyonlarla insana eyniadlı beyin çiplərini implantasiya etmək istəyir.
İlk dəfə insanın beyninə çip qoyuldu – «NƏTİCƏLƏR YAXŞIDIR»
FED.az xəbər verir ki, cihazla təchiz edilən şəxs kompüter dəstəkli dizayn (CAD) proqramından istifadə edərək 3D obyektlərin dizaynı kimi yeni tapşırıqları yerinə yetirə bilib.
İlon Mask hər şey yaxşı gedərsə bir neçə il ərzində yüzlərlə insanın “Neuralinks” çiplərindən istifadə edəcəyini deyib:
“Bu say beş il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insana çata bilər”, - deyə İlon Mask özünün X sosial şəbəkəsindəki paylaşımında yazıb. (Azərtac)